16.05.2018
- Federasiyanıın Tədbirlər planına uyğun olaraq Federasiyada və onun üzv təşkilatlarında “9 May” Faşizm üzərində Qələbə günü münasibəti ilə bir sıra tədbirlər keçirilmişdir.
“Azərsun Holdinq” Şirkətlər Qrupu,“European-Tobacco-Baku” ASC, “Bakı Şərab-1” ASC, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Gəncə Alimlər Evi və s. təşkilatlarda, eləcə də Sahə Hİ Ağdam, Beyləqan , Ağdaş, Qazax və s. rayon komitələrində müharibə veteranları və onların ailə üzvləri ilə görüşlər keçirilmiş, onların qaldırdıqları məsələlər yerində həllini tapmış və onlara maddi dəstək göstərilmişdir;
- Federasiyanıın Tədbirlər planına uyğun olaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir ;
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, "European-Tobacco-Baku” ASC, “Azərsun Holdinq” Şirkətlər Qrupu, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və s. təşkilatlarda, eləcə də Sahə Hİ Abşeron, Salyan, Qax, Hacıqabul, Oğuz Qazax və s. rayon komitələrində “Bakı Şərab-1” ASC, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, “Bakı Taxıl Terminal” MMC və s. təşkilatlarda ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlər həyata keşirilmişdir;
- 15 may "Beynəlxalq Ailə Günü" münasibəti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin növbəti yığıncağıda Federasiyanın nümayəndələri iştirak etmişlər.