AZE ENG RUS
Haqqımızda
Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Sahə Həmkarlar İttifaqının yaranma tarixi

İlk həmkarlar ittifaqlarının yaranma tarixi

* 1906-cı il ildə
ilk dəfə olaraq, Bakı şəhərində Qida Məhsulları İstehsalçılarının 230 həmkarlar ittifaqı üzvünü birləşdirən həmkarlar ittifaqı təşkilatı yaradılmışdır.

* artıq 1917-ci ildə
Bakı şəhərində Dəyirmançıların; Tütünçülərin; Pivə və kvas İstehsalçılarının; Çörəkçilərin və Şirniçilərin həmkarlar ittifaqı təşkilatları fəaliyyət göstərirdi.

Sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin yaranma tarixi

* 5 iyun 1920-ci ildə
Qida Məhsulları İstehsalçılarının; Dəyirmançıların; Tütünçülərin; Pivə və Kvas
İstehsalçılarının; Çörəkçilərin və Şirniçilərin həmkarlar ittifaqı təşkilatları birləşərək
- Qida Sənayesi İşçiləri;
- Tütünçülər;
- Kənd və Meşə Təsərrüfatı İşçiləri Sahə Həmkarlar İttifaqları yaratmışlar.

Sonrakı illərdə bu sahələrdə çalışan fəhlə və qulluqçuları birləşdirən Həmkarlar İttifaqlarının adı bir neçə dəfə dəyişdirilmişdir:
* 1931-1934-cü illərdə maşın-traktor stansiyası və muzdlu işçilər;
* 1934-1940-cı illərdə torpaq orqanları işçiləri;
* 1934-1941-ci illərdə tərəvəz sovxozları işçiləri;
* 1934-1943-cü illərdə pambıqçılıq sovxozu və maşın-traktor stansiyası işçiləri;
* 1934-1953-cü illərdə dəyirmançılar və elevator işçiləri;
* 1941-1953-cü illərdə cənubun sovxoz işçiləri;
* 1942-1953-cü illərdə torpaq orqanları və maşın-traktor stansiyası işçiləri;
* Nəhayət 1953-cü ildə yuxarıda sadalanan Sahə Həmkarlar İttifaqları birləşərək iki Sahə həmkarlar ittifaqı :
- Kənd Təsərrüfatı və Tədarük İşçiləri;
- Yeyinti Sənayesi İşçiləri Həmkarlar İttifaqlarını yaratmışlar.
* 26 mart 1986-cı ildə SSRİ Aqrar Sənaye Kompleksinin yaradılması ilə əlaqədar olaraq Kənd Təsərrüfatı İşçiləri, Tədarük İşçiləri və Yeyinti Sənayesi İşçiləri Sahə Həmkarlar İttifaqları ləğv edilərək onların bazasında Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı yaradılmışdır.
* 1990-cı ildə Sahə Həmkarlar İttifaqının I Qurultayında SSRİ Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsinin fəaliyyətinə xitam verilmiş və onun bazasında Azərbaycan Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı yaradılmışdır.
* 05 may 2000-ci ildə Sahə Həmkarlar İttifaqının adı, ölkədə aqrar sahədə həyata keçirilən köklü islahatlarla əlaqədar dəyişdirilərək Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.