Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin may ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir:

16.05.2018

- Federasiyanıın Tədbirlər planına uyğun olaraq Federasiyada və onun üzv təşkilatlarında  “9 May” Faşizm üzərində Qələbə günü münasibəti ilə bir sıra tədbirlər keçirilmişdir.

“Azərsun Holdinq” Şirkətlər Qrupu,“European-Tobacco-Baku” ASC, “Bakı Şərab-1” ASC,  Aqrar Elm  və İnformasiya Məsləhət Mərkəzi, Gəncə Alimlər Evi və s. təşkilatlarda, eləcə də Sahə Hİ Ağdam, Beyləqan , Ağdaş, Qazax  və s. rayon komitələrində müharibə veteranları və onların ailə üzvləri ilə görüşlər keçirilmiş, onların qaldırdıqları məsələlər yerində həllini tapmış və  onlara maddi dəstək göstərilmişdir;  

- Federasiyanıın Tədbirlər planına uyğun olaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir ;

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, "European-Tobacco-Baku” ASC, “Azərsun Holdinq” Şirkətlər Qrupu, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və s.  təşkilatlarda, eləcə də Sahə Hİ Abşeron, Salyan, Qax, Hacıqabul, Oğuz Qazax və s. rayon komitələrində “Bakı Şərab-1” ASC,  Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, “Bakı Taxıl Terminal” MMC  və s. təşkilatlarda ulu öndər  Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlər həyata keşirilmişdir;

- 15 may "Beynəlxalq Ailə Günü" münasibəti ilə  Azərbaycan Həmkarlar  İttifaqları Konfederasiyasının (AHİK) Gender  Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin növbəti yığıncağıda Federasiyanın  nümayəndələri iştirak  etmişlər.

 

 





Çap et  Çap et