AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari yanvar ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

31.01.2017


        - Federasiya və onun üzv təşkilatlarında, o cümlədən “ Azərsun Holdinq” Şirkətlər  Qrupunun Mədəniyyət Mərkəzində “20 Yanvar” Ümumxalq hüzn  gününə həsr edilmiş ədəbi-bədii tədbirlər keçirilmişdir; 
 
-  Federasiyada üzv təşkilatların kadr və fəallarının  illik büdcə və statistik hesabatlarının tərtibi, hesabatlarda edilmiş dəyişikliklərin mənimsənilməsinə dair maarifləndirilmə xarakterli   qısamüddətli kurslar təşkil edilmişdir və AHİK-ə illik büdcə və statistik hesabatlar təqdim edilmişdir;

        -  “Gender bərabərliyi və qadın problemləri üzrə” Mərkəzin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda Federasiyanın nümayəndələri iştirak etmişdirlər.