"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari yanvar ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.
31.01.2017
- Federasiya və onun üzv təşkilatlarında, o cümlədən “ Azərsun Holdinq” Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində “20 Yanvar” Ümumxalq hüzn gününə həsr edilmiş ədəbi-bədii tədbirlər keçirilmişdir;
- Federasiyada üzv təşkilatların kadr və fəallarının illik büdcə və statistik hesabatlarının tərtibi, hesabatlarda edilmiş dəyişikliklərin mənimsənilməsinə dair maarifləndirilmə xarakterli qısamüddətli kurslar təşkil edilmişdir və AHİK-ə illik büdcə və statistik hesabatlar təqdim edilmişdir;
- “Gender bərabərliyi və qadın problemləri üzrə” Mərkəzin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda Federasiyanın nümayəndələri iştirak etmişdirlər.