AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin oktyabr ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir:

17.10.2016

  -  Federasiyanın nümayəndəsi Quba rayonunda keçirilən Məhsul Bayramında "Alma Bayramı” iştirak etmişdir.  Məhsul Bayramının təşkili və keçirilməsində fəal iştirak etmiş Sahə Həmkarlar İttifaqı fəalları Federasiya tərəfindən   təltif etmişdir. 

   -  Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Federasiyasının  III Konqresi keçirilmişdir. Tədbirdə  "Kənd-Qida-İş Hİ Federasiyasının sədri, Avrasiya Federasiyasının vitse-prezidenti Tofiq Quliyev iştirak və çıxış etmişdir.

  -   İmişli rayonunda  Şəkər Bayramı  keçirilmişdir. “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan “Azərbaycan Şəkər İstehsalat Birliyi”  MMC-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən  Bayram Mərasimi  bir-birindən maraqlı tədbirlərlə davam etmiş və sonda ən maraqlı kompazisiyaya görə qaliblər müəyyən edilərək  mükafatlandırılmışdır. 

  -   Federasiya  ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  birgə  “Ümumdünya Layiqli Əmək Günü”nə (07 oktyabr) həsr olunmuş ”İş yerlərində layiqli əməyin təminatı, bu sahədə həmkarlar ittifaqının fəaliyyəti” mövzusunda növbəti Seminar keçirilmişdir.