"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin oktyabr ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir:
17.10.2016
- Federasiyanın nümayəndəsi Quba rayonunda keçirilən Məhsul Bayramında "Alma Bayramı” iştirak etmişdir. Məhsul Bayramının təşkili və keçirilməsində fəal iştirak etmiş Sahə Həmkarlar İttifaqı fəalları Federasiya tərəfindən təltif etmişdir.
- Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Federasiyasının III Konqresi keçirilmişdir. Tədbirdə "Kənd-Qida-İş Hİ Federasiyasının sədri, Avrasiya Federasiyasının vitse-prezidenti Tofiq Quliyev iştirak və çıxış etmişdir.
- İmişli rayonunda Şəkər Bayramı keçirilmişdir. “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən Bayram Mərasimi bir-birindən maraqlı tədbirlərlə davam etmiş və sonda ən maraqlı kompazisiyaya görə qaliblər müəyyən edilərək mükafatlandırılmışdır.
- Federasiya ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə “Ümumdünya Layiqli Əmək Günü”nə (07 oktyabr) həsr olunmuş ”İş yerlərində layiqli əməyin təminatı, bu sahədə həmkarlar ittifaqının fəaliyyəti” mövzusunda növbəti Seminar keçirilmişdir.