AZE ENG RUS
Xəbərlər

AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib

28.07.2022

İyulun 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda yerləşən istirahət mərkəzlərinə baş çəkib.

Xaçmaz rayonunda “Xəzər”, “Şahdağ”, “Ülfət”, “Lokomotiv”, “Təhsil”, Qusar rayonunda “Şəfa” istirahət mərkəzlərinə gələn S.Möhbalıyev burada istirahət edənlərin qaldığı korpus otaqlarını və kottecləri gəzib, onların dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, yeməkxanaya baxış keçirib, ərazini gəzib. AHİK sədri həmçinin mərkəzlərdə istirahət edən insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib.

İstirahət edənlər onların dincəlməsi üçün yaradılmış şəraiti yüksək qiymətləndirib və öz təşəkkürlərini bildiriblər.

Sonra AHİK sədri mədəniyyət işçiləri üçün Nabran qəsəbəsində yeni tikilməkdə olan istirahət mərkəzində olub, burada görülən işlərlə maraqlanıb.

Bu barədə geniş məlumat veriləcək.