AZE ENG RUS
Xəbərlər

Şəhid ailələri anıldı

10.11.2021

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qələbəmizin birinci ildönümü münasibəti ilə şəhid ailələrini ziyarət etmişdir. Federasiya himayəsində olan iki şəhid ailəsini daim diqqət mərkəzində saxlayır, bütün bayramlarda və əlamətdar günlərdə onlar ziyarət olunur, sovqatlar və yardımlar paylanılır. "8 Noyabr Zəfər bayramı" münasibəti ilə Federasiyanın məsul işçisi, Aparat rəhbəri – R.Bürcəliyev və  "Az-Granata" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri - C.Məmmədov Ağsu rayonuna və Mingeçevir şəhərinə səfər etmiş, şəhid ailələrini ziyarət etmişdir. Şəhidin ailə üzvləri ilə söhbətləşən Federasiyanın Aparat rəhbəri R. Bürcəliyev onların qayğıları ilə maraqlanıb, problemlərini dinləyib.