AZE ENG RUS
Xəbərlər

"Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanının təltif olunması

26.04.2021

 Füzuli Suvarma Sistemləri İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Quliyev Cəlal  və  Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilat şöbəsinin müdiri Tağıyev Anar Azərbaycan Həmkarlar  İttifaqı hərəkatında xidmətlərinə görə "yubiley döş nişanı" ilə təltif olunmuşdur. "Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyasının" sədri cənab Tofiq Quliyev onları  təbrik etmiş və "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanının təsis  olunması və əsasnaməsi haqqında məlumat verərək bildirib ki, yubiley döş nişanı AHİK-in İcraiyyə Komitəsi tərəfindən təsis edilir. Yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə həmkarlar ittifaqı işçiləri, həmkarlar ittifaqı fəalları, dövlət, ictimai xadimlər, beynəlxalq həmkarlar ittifaqı hərəkatının fəalları və başqaları təltif olunurlar.