AZE ENG RUS
Xəbərlər

AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafat Komitəsi tərəfindən “Elm və Sülh Səfiri” Beynəlxalq Fəxri adına layiq görülmüşdür.

22.07.2019

 

      Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Mükafat Komitəsinin (Cenevrə, İsveçrə) qərarı ilə görkəmli mütəfəkkir Qotfrid Vilhelm Leybnis medalı və  “Elm və Sülh Səfiri” Beynəlxalq Fəxri adına    Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, professor Səttar Möhbalıyev layiq görülmüşdür.

    AHİK-in sədri Səttar Möhbalıyevi  " Kənd-Qida-İş" Hİ Federasiyasının həmkarlar ittifaqı üzvləri adından təbrik edir, fəaliyyətində ona uğurlar arzulayırıq.