AZE ENG RUS
Xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

08.05.2018

Mayın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, nəsillərə nümunə olan fəaliyyətindən, onun rəhbərliyi dövründə ölkəmizin müstəqillik və demokratiya yolunda atdığı uğurlu addımlardan danışıb.

S.Möhbalıyev qeyd edib ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən başlıca amillər onun çətin və mürəkkəb siyasi şəraitdə xalqının, dövlətinin problemlərinə biganə qalmaması olub. Hələ 1969-cu ildə Azərbaycana rəhbərliyinin ilk günlərindən ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının və xalqımızın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi. Bildirilib ki, müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada amansız müharibə də arxa plana keçmişdi. Bu çətin dönəmdə vətəndaşlarımız müdrik qərar qəbul edərək təkidlə Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etdi. Bu qayıdış dövlətçiliyin və müstəqilliyin qorunub saxlanmasının əsas faktoru oldu. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhv olmaqdan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi.

 Tədbirdə  digər  sahələr üzrə nümayəndələrin  çıxışları dinlənildi.

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirdə "Kənd-Qida-İş" Hİ  Federasiyanın sədri və nümayəndələri iştirak etmişdilər.