AZE ENG RUS
Xəbərlər

“İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

08.11.2017

     Noyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib. Məclisdə “İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Bu münasibətlə çıxış edən S.Möhbalıyev qeyd edib ki, Məclisimizin bugünkü yığıncağı 10 noyabr “Ümumdünya gənclər günü” ərəfəsində keçirilir. Bu barədə qərar Gənclər Təşkilatları Beynəlxalq Birliyinin  (ÜDGF) 1945-ci il Londonda keçirilən konfransında qəbul edilib. Ümumdünya gənclər gününün keçirilməsində əsas məqsəd gənclərin problemlərinin daha qabarıq şəkildə nəzərə çatdırılması və onların həlli yolunda tədbirlərin görülməsidir.
     AHİK sədri deyib ki, Ulu öndərin gənclərə olan bu böyük inamı onun hakimiyyətdə olduğu illərdə də, sonrakı dövrlərdə də özünü doğrultdu. Gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb.  Belə ki, Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin ümumrespublika forumlarının keçirilməsi, «Gənclər ili»nin elan edilməsi, "Dövlət gənclər siyasəti” və «2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası» haqqında fərman və fəaliyyət proqramlarının təsdiqi gənclərə ayrılan qayğının göstəricisidir.
     AHİK gənclərin istehsalata həm ixtisaslı kadr, həm də fəal ictimaiyyətçi kimi hazırlığı işində stimullaşdırma metodlarından geniş istifadə edir. AHİK İK-nin «Gənclərlə iş üzrə ən yaxşı ilk Hİ təşkilatı adı uğrunda», «Bu – mənim peşəmdir», «Gender bilikləri və texnologiyası məktəbi», «İlin peşəkar gənci» və “Gənc həmkarlar ittifaqı lideri məktəbi”- gənc işçilər üçün kompleks proqram haqqında qərarları bu məqsədləri güdür. Həmin layihələrin yerlərdə icrası müxtəlif sahələrdə çalışan gənclərin potensialının inkişafına, peşəkarlıq səviyyəsinin daha da artırılmasına və həmkarlar ittifaqi üzvlüyünə motivasiyanin gücləndirilməsinə yönəldilir.
     S. Möhbalıyev bildirib ki, sahə həmkarlar ittifaqi orqanları tərəfindən “İlin peşəkar gənci” fəxri adının verilməsi və “Gənc həmkarlar ittifaqı lideri məktəbi” layihəsində fərqlənənlər barədə verilmiş  təqdimatlar  AHİK İcraiyyə Komitəsinin qərarları ilə təsdiq edilib. “Bu gün fəxri ada və diplomlara layiq görülən gənclərimiz yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olmaları ilə seçiliblər.Biz onların hər birini ürəkdən təbrik edir, həyatda və gələcək fəaliyyətlərində daha yüksək nailiyyətlərə imza atmalarını  arzulayırıq.”
     Tədbirin sonunda “İlin peşəkar gənci” fəxri adının təqdimetmə mərasimi oldu. 
 
     Sahə Həmkarlar İttifaqı üzrə bu fəxri ada  layiq görülən gənclər aşağıdakılardır: 
- Hüseynov Arzu Lətif  oğlu -- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət şöbəsinin baş məsləhətçisi;

- İmanlı Orxan Yasəf oğlu -  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı   ASC-nin  Su Anbarları və Hidroqovşaqların İstismarı sektorunun baş məsləhətçisi;
 
- Əlizadə Bəxtiyar Bədirxan oğlu -ali təhsilli, “Azərsun Holdinq” Şirkətlər Qrupunda “Azərbaycan Kağız və  Karton İstehsalı Kombinatı” MMC-nin direktor müavini;

- Məmmədov Mehran Rauf oğlu- ali təhsilli, “Azərsun Holdinq” Şirkətlər Qrupunda  İntresun Menecment Kompani” MMC –də İnvestisiya layihələri üzrə direktor.

“ Gənc həmkarlar ittifaqı lideri məktəbi” nominasiyasının qalibi:
- Ələkbərov Bəbir Vidadi oğlu-Əməyin mühafizəsi nominasiyası üzrə.