AZE ENG RUS
Xəbərlər

Məhsul Bayramı - “Alma bayramı”

09.10.2017

Oktyabrın 7-də Qubada ənənəvi Məhsul Bayramı - “Alma bayramı” və bu il ilk dəfə təşkil olunan Xalça festivalı keçirilmişdir. Bayram tədbiri şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında baş tutmuşdur.

Bayram tədbirinə Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, 40-a yaxın xarici ölkə nümayəndələri, görkəmli elm və mədəniyyət xadimləri, o cümlədən Sahə həmkarlar ittifaqının  nümayəndələri qatılmışlar.

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilmişdir. Tədbir çərçivəsində qonaqlara şimal regionunda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunmuşdur.

Tədbirin təşkilində və keçirilməsində fəal iştirak edən Sahə həmkarlar ittifaqı nümayəndələri Federasıyanın təşəkkürü və mükafatları ilə təltif edilmişdir.