AZE ENG RUS
Xəbərlər

“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının IV Məclisi keçirilmişdir.

17.12.2014

  Məruzə ilə çıxış edən Federasiyanın sədr müavini T.Əliyev  qeyd etmişdir ki,işçiləri təmsil edən, onların mənafelərinin müdafiə edən Sahə həmkarlar ittifaqı  sosial dialoqun aparılmasında həmişə beynəlxalq təcrübəyə,  Beynəlxalq Əmək Təşkilatının bu sahəyə aid  konvensiyalarına, AR Əmək Məcəlləsinə, sosial tərəfdaşlıq məsələlərini  özündə əks etdirən digər vacib normativ-hüquqi aktlara, “Həmkarlar ittifaqları haqqında” və “İctimai birliklər haqqında” AR qanunlarına istinad edərək sosial dialoqun genişləndirilməsi və inkişaf etdirilməsi sahəsində müntəzəm tədbirlər həyata keçirir. Belə ki, Sahəyə daxil olan təsərrüfat və icra hakimiyyəti orqanları ilə danışıqlar apararaq, müvafiq sahənin sosial-iqtisadi inkişaf istiqamətlərini, peşə qruplarını,  işçilərin əmək şəraiti, əmək haqqı və sosial təminatlarını müəyyən edən-Sahə (tarif) Kollektiv Sazişlərinin bağlanması  işini davam etdirmişdir.
    Sahə Tarif Sazişləri Sahənin sosial-iqtisadi inkişaf istiqamətlərini, işçilərin əmək şəraiti və əmək haqqı, sosial təminatları və digər mühüm şərtləri əhatə etməklə,  Ilk təşkilatların rəyini nəzərə almaqla işlənib hazırlanmışdır. Bu sazişlərin hazırlanması zamanı həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası арасında bağlanmış Baş Kollektiv sazişin müddəalarından və “Tövsiyyələr”dən istifadə olunmuş, demək olar ki,  göstərilən əksər müddəalar bu sazişlərdə öz əksini tapmışdır.
    Federasiya ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan  Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Aşıq Səhmdar Cəmiyyəti və “Aqrolizinq” Aşıq Səhmdar Cəmiyyəti arasında 2012-2014-cü illərə bağlanmış Sahə ( tarif) Kollektiv Sazişlərin yerinə yetirilməsi vəziyyətinin təhlili göstərir ki, sahənin iqtisadi həyatında artım və irəliləyişlər davam etdirilmiş, qəbul edilmiş əsas öhdəliklər yerinə yetirilmişdir.
     Sazişin iqtisadi siyasət bölməsində sahənin sosial-iqtisadi göstəricilərininn artirilmasına dair öhdəliklər həyata keçirilmişdir. Əhalininn ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının yerinə yetirilməsi üçün kənd təssərüfatı  istehsalının səmərəliliyinin əhəmiyyətli dərəcədə artırılmasına nail olmuşdur. Son on ildə kənd əhalisinin sayının 10,2 faiz artımı ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artmışdır. Bu dövr ərzində  bitkiçilik məhsulları 3,1 dəfə, heyvandarlıq məhsulları 3,4 dəfə, ət istehsalı 1,6 dəfə, süd istehsalı isə 1,5 dəfə artmışdır. Kənd təsərrüfatı sahəsində investisiya qoyuluşunun həcmi 15, sahə üzrə orta aylıq əmək haqqı 9 dəfə artmışdır.
      Müzakirə edilmiş məsələ ətrafılnda Sahə Hİ Lənkəran, Ağdam, Masallı rayon komitələrinin, Kənd Təsərrüfatı Nazirliyinin HİKvə Aqrar Elm Mərkəzinin BHİK-nin sədrləri çıxış etmişlər və məsələ barədə müvafiq qərar qəbul edilmişdir.
      Məclisdə daha sonra  2014-ci il  üzrə Həmkarlar İttifaqı Büdcəsinin yerinə yetirilməsinin vəziyyəti təhlil edilmiş və 2015-cü ilin Büdcə Layihəsi  təsdiq edilmişdir,
      Sonda «Məhsul» Kənd Könüllü İdman Cəmiyyəti Respublika Şurasının yetirmələrindən -  Yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyində və R.Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirdə I yeri tutaraq  hər iki yarışda “Qızıl”medal Nuriyev Zaur Seyidəli  oğlu və sərbəst güləş üzrə gənclər arasında Xorvatiyanın Zaqreb şəhərində keçirilən Dünya birinciliyində və Polşanın Katovitsa şəhərində keşirilən Avropa birinciliyində III yeri tutaraq hər iki yarışda  “Bürünc” medal qazanmış Süleymanova Raqnetta Seyfulla qızı, eləcə də onların məşqçi-müəllimləri Federasinın Diplomu və xatirə hədiyyələri ilə təltif edilmişlər.
     Federasiyanın sədri Tofiq Quliyev sonda çıxış edərək ölkənin sosial-iqtisadiyyatı barədə məlumat verərək qeyd etdi ki, ölkə iqtisadiyyatında əldə edilmiş müsbət göstəricilər həmçinin əhalinin sosial-rifahı halının yüksəlməsi, orta əmək haqqının 440  manata çatması Sahə həmkarlar ittifaqının həyatında da müsbət dəyişikliklərə səbəb olmuş  və bu istiqamətdə işlərimiz davam etdiriləcəkdir.
    Tofiq Quliyev bir daha  üzv təşkilatlara və müvafiq şöbələrə tapşırdı ki, növbəti illərə bağlanacaq Sahə (Tarif) Sazişlərinin müddəalarının yerinə yetirilməsini nəzarətdə saxlasınlar və ən yaxın vaxtda həmin Saziələrin mətinlərinə daxil edilmək üçün öz təkliflərini versinlər.
    AHİK  sədrinin  müavini Vaqif Eyvazov məclisdə müzakirə edilən məsələlərin kənd təsərrüfatı işçilərinin sosial rifahının yüksədilməsi  və əmək hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət daşıdığını dedi.O həmçinin tədbir iştirakçılarına  AHİK sədri , millət vəkili Səttar Mehbalıyevin tövsiyə və məsləhətlərini də çatdırdı.