AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyul ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.07.2019

-Federasiyada 2019-ci ilin I yarımilliyi üzrə hesabatların üzv təşkilatlardan toplanması, təhlili davam etdirilir. Üzv təşkilatlara hesabatların düzgün tərtibatı, vaxtlı-vaxtında təqdim edilməsi, maliyyə fəaliyyətinin səmərəli təşkili və s. sahəsində əməli köməklik göstərilmiş, bu məqsədilə qısamüddətli kurslar təşkil edilmişdir. Bu işləq davam etdirilir;

    - Federasiyasının üzv təşkilatlarına AR Əmək Məcəlləsinin 233-cü maddəsi və məcəlləyə     2-ci əlavənin 1-ci şərtinə əsasən havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular  olmayan örtülü binalarda , otaqlarda və digər  iş yerlərində bütün növ işlərin  dayandırılması və işçilərə sərinləşmək üçün imkan yaradılması məqsədi ilə  fasilələr verilməsi  barədə müvafiq tövsiyyələr verilmişdir.

   -Federasiyanın nümayəndələri tərəfindən   Sahə Hİ Qəbələ  rayon komitəsində ilk təşkilatlarların sədr və fəalları ilə görüş keçirilmiş, təşkilatların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə, onlara metodiki və hüquqi yardımlar göstərilmişdir;

-“Azərsun Holdinq” Şirkətlər Qrupunun  müəssisələri,  “Aqrolizinq” ASC –də həmkarlar ittifaqı komitələri və s. təşkilatlar tərəfindən isti yay günlərində   işçilərin  və onların ailə üzvlərinin Respublikanın səfalı yerlərinə gəzintiləri həyata keçirilmiş və onların mənalı istirahəti təşkil edilmişdir