AZE ENG RUS
"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin fevral ayının 1-dən 14-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

14.02.2017

  - «Kənd-Qida-İş»  Hİ Federasiyası və onun üzv təşkilatlarında Gənclər Günü münasibəti ilə gənclərin həmkarlar ittifaqına cəlb edilməsi, həmkarlar ittifaqı işində fəal iştirak edən gənclərin maddi və mənəvi həvəsləndirilməsi intelektual səviyyəsinin yüksəlməsi, vətənpərvərlik və s. mövzularda dəyirmi masalar keçirilmişdir;

     - Federasiyanın məsul şəxsləri və mütəxəssisləri tərəfindən ilk təşkilatlara hesabat-seşki yığıncaqlarının hazırlanıb keçirilməsi sahəsində əməli köməkliklər göstərilməsi  və maarifləndirici tədbirlərin həyata keçirilməsi  davam etdirilir; 

     - Federasiyada qəbula gələn vətəndaşların şikayətləri dinlənilib,  zəruri məsləhət və izahatlar verilməsi təmin edilmişdir;

     - «Kənd-Qida-İş»  Hİ  Tovuz , Ağstafa, Qazax, Ağdaş və  Kürdəmir  rayon komitələrin nümayəndələri   Tovuz və Kürdəmir şəhərlərində  “ AHİK- in üzv təşkilatlarında keçiriləcək hesabat-seçki yığıncaqları  ilə əlaqədar görülmüş işlər və problemlər” mövzusunda keçirilən seminarda iştirak etmiş və öz fikirlərini bildirmişlər.