Avrasiya bölgəsində fəaliyyət göstərən sahə həmkarlar ittifaqlarının işçilərin qanuni hüquqlarının qorunması, layiqli əmək, azad, demokratik sosial ədalət prinsiplərinin təmin edilməsi sahəsində üzləşdikləri oxşar problemlərin həllinə dəstək verilməsi, bölgədə yerləşən transmilli şirkətlərlə danışıqların aparılması prosesində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin təşkilini həyata keçirmək məqsədi ilə bölgənin 12 ölkəsinin: (Türkiyə, Azərbaycan, Rumıniya, Monteneqro, Bosniya və Herseqovina, Kosova, Şimali Makedoniya, Serbiya, Orta Asiya ölkələri və Gürcustan Respublikaları) sahə həmkarlar ittifaqları birləşərək Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyası yaratmasının təşəbbüskarlarından biri «Kənd-Qida-İş» Federasiyasıdır.
Avrasiya Federasiyası yuxarıda adları çəkilən ölkələri təmsil edən 21 sahə həmkarlar ittifaqlarını özündə birləşdirir. Avrasiya Federasiyasının mənzil qərargahı Türkiyənin İstambul şəhərində yerləşir. 31 avqust 2007-ci ildə Qurumun Təsis qurultayında Azərbaycan «Kənd-Qida-İş» Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev Avrasiya Federasiyasının vitse-prezidenti seçilmişdir və hal-hazıradək həmin vəzifəni icra edir.
“Kənd-Qida-İş” Hİ Federasiyası MDB ölkələri Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı Birliyinin (MOAП) üzv təşkilatıdır, Federasiyanın sədri həmin qurumun sədr müavini vəzifəsini icra edir.