"Həmkarlar ittifaqları ölkədə sosial ədalətin bərpası və işçilərin hüquqlarının müdafiəsi istiqamətində böyük rol oynayır."

Ümummilli lider : Heydər Əliyev

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Federasiyası

"Həmkarlar ittifaqları əməkdaşların hüquqlarını qoruyan, onların sosial müdafiəsini təmin edən vacib bir təşkilatdır."

Azərbaycan Respublikasının Prezidenti : İlham Əliyev

7 oktyabr Ümumdünya Layiqli Əmək Günü


Post Image

         Hər il dünyada “ 7 oktyabr Ümumdünya Layiqli Əmək Günü” kimi qeyd olunur.

Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib.

Azərbaycan Layiqli əmək milli iqtisadi və sosial siyasətin əsas hədəflərindən biri kimi qəbul olunur.

Hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması ölkənin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir.  

         Sahə  həmkarlar ittifaqı, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının             “ 7 oktyabr Ümumdünya Layiqli Əmək Günü” ilə əlaqədar çağırışın , Beynəlxalq Əmək Təşkilatı tərəfindən 1999-cu ildə qəbul olunmuş Layiqli Əmək Proqramının məqsədlərini, yəni keyfiyyətli və təhlükəsiz iş yerlərinin, əməyin təhlükəsizliyi, ətraf mühitin qorunması,  etibarlı sosial təminatların və digər hüquqların təmin edilməsini dəstəkləyir. 

           Beynəlxalq Əmək Təşkilatının və onun Azərbaycandakı tərəfdaşlarından biri olan Azərbaycan Həmkarlar İttifaqlarının iştirakı ilə Azərbaycan Respublikasının 2024-2028-ci illər üçün Layiqli Əmək üzrə yeni Ölkə Proqramının lahiyəsi üzərində işlər yekunlaşmaqdadır. 

            Bu Proqramın hazırlanmasında həmkarlar ittifaqlarının çox saylı təkliflərinin əksəriyyəti nəzərə alınmışdır. Təbii ki, Layiqli Əmək üzrə yeni Ölkə Proqramı qəbul edildikdən sonra onun həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının, həmçinin Sahə həmkarlar ittifaqının da öhdəlikləri də yaranacaqdır.

           Sahə həmkarlar ittifaqı işçilərə təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, baş verə biləcək hər hansı bir bədbəxt hadisənin və zədələnmələrin qarşısının alınması məqsədilə əməyin mühafizəsi komissiyaları, ictimai müvəkkillərlə birlikdə mütamadi olaraq istehsal sahələrində müayinələr keçirir, aşkar edilmiş pozuntuların səbəblərini araşdırır və onların tezliklə aradan qaldırılması üzrə işlər aparır.

 

07.10.2024  [ 15:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024