"Həmkarlar ittifaqları ölkədə sosial ədalətin bərpası və işçilərin hüquqlarının müdafiəsi istiqamətində böyük rol oynayır."

Ümummilli lider : Heydər Əliyev

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Federasiyası

"Həmkarlar ittifaqları əməkdaşların hüquqlarını qoruyan, onların sosial müdafiəsini təmin edən vacib bir təşkilatdır."

Azərbaycan Respublikasının Prezidenti : İlham Əliyev

Dekabr ayının 7-də “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının növbəti, VII Məclisi keçirilmişdir.


Post Image

İlk öncə Məclis iştirakçıları Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Federasiyanın sədri Tofiq Quliyev giriş sözü ilə çıxış edərək, məclisin əsas gündəliyində duran məsələ - "Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan Respublikasının Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində həmkarlar ittifaqının iştirakı və qarşıda duran vəzifələri" barədə iştirakçıları məlumatlandırmışdır.

Bundan əlavə Federasiyanın dəstəyi ilə hər il ənənəvi olaraq keçirilən kənd idmançılarının Spartakiadasanın fəal iştirakçıları olmuş Qazilər də Məclisin iclasına dəvət olunmuşdu. Spartakiadada yüksək nəticə əldə etmiş iştirakçılar mükafat və fəxri fərmanlarla təltif olunmuşdur. Onlar öz çıxışlarında vətənpərvərlik mövzusundan söz açaraq ölkə rəhbərliyinə və Federasiyaya onlara olan diqqət və qayğıya görə böyük minnətdarlıqlarını bildirmişdilər.

Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə ilə çıxış etmişdir. Maliyyə Şöbəsinin müdiri İsmayıl Əlləzov da gündəlikdə duran məsələlərdən söz açmışdır. Məruzə ətrafında Azersun Holding MMC –nin İqtisadi Təhlil Departamentinin müdiri Kəmalə Gözəlova və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Baş Kollektor İstismar İdarəsinin HİK sədri Tofiq Məhərrəmov və Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı çalışdıqları qurumların fəaliyyətindən danışıblar.

Sonda Federasiyanın sədri Tofiq Quliyev Məclis iştirakçılarını, həmçinin Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, növbəti ildə onlara yeni-yeni uğurlar və səadət dolu günlər arzulayıb. Məclisdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi – Aparat rəhbərinin müavini Qara Ağayev də iştirak etmiş və burda olmaqdan məmnunluğunu öz çıxışında bildirmişdir.

 

11.12.2023  [ 12:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024