"Həmkarlar ittifaqları ölkədə sosial ədalətin bərpası və işçilərin hüquqlarının müdafiəsi istiqamətində böyük rol oynayır."

Ümummilli lider : Heydər Əliyev

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Federasiyası

"Həmkarlar ittifaqları əməkdaşların hüquqlarını qoruyan, onların sosial müdafiəsini təmin edən vacib bir təşkilatdır."

Azərbaycan Respublikasının Prezidenti : İlham Əliyev

Bakı Qida Yağ Fabrikində görüş


Post Image

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın etimadlı həkimləri Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının işçiləri ilə Azersun Holdinqin nəzdində fəaliyyət göstərən Bakı Qida Yağ Fabrikində olublar.

Müəssisə rəhbərliyi ilə söhbət zamanı tibbi-sosial mühafizə, sağlamlaşdırma üzrə normativ-hüquqi aktların tələblərinin vəziyyətinə dair məsələlər müzakirə edilib. Bildirilib ki, kollektiv müqavilələrdə tibbi-sosial mühafizəyə dair bəndlərin yer alıb, həmçinin onun tələbləri vaxtında və səmərəli şəkildə həyata keçirilir.

Bundan əlavə, “Az-Granata” MMC-nin həmkarlar ittifaqı komitəsinin sədri ilə Federasiyada keçirilən görüşdə işçilərin əmək qabiliyyətinin bərpası üçün müəssisədə görülən işlər barədə söhbət aparılıb.

21.11.2023  [ 15:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024