Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası, "MƏHSUL" İdman Cəmiyyəti , Kənd-Qida-İş Həmkarlar İttifaqları Federasiyasının birgə qərarı və Dövlət Su Ehtiyatları Agentliyinin də dəstəyi ilə 25 noyabr 2023-cü il tarixində Sabirabad rayon Olimpiya Kompleksində Heydər Əliyevin 100 illiyinə həsr olunan kənd idmançılarının və Federasiyanın sədri Tofiq Quliyevin təşəbbüsü ilə Vətən müharibəsi qazilərinin də iştiraki ilə XXXI Milli Xalq Oyunlarının Respublika Spartakiadasının açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Osmanov, Kənd-Qida-İş Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Təhmasib Əliyev ,Sabirabad rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Binyamin Mənsimzadə, "Məhsul"İC -nin sədri Rasim Əliyev,Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev , Sabirabad rayon Yeni Azərbaycan partiyasının sədri, Mil-Muğan Mədəniyyət İdarəsinin sədr müavini, Həmkarlar İttifaqları İdman Klubları və İdman Cəmiyyətlərinin sədrləri və digər rəsmi şəxslər iştirak etmişlər. Spartakiadanın təqvim planına idmanın 7 növü (milli güləş, daşqaldırma, dirədöymə, çalağançardağı, xıy-xıy,nərd, gücsınama və kəndirdartma) daxil edilmişdir. Yarışlarda 15 rayon komandasının idmançıları həmçinin Qarabağ müharibəsi qaziləri qalib adı uğrunda mübarizə aparıblar. Ümumkomanda yarışlarında fərqlənmiş idmançılar diplom və hədiyyələr ilə təltif olunublar. Spartakiadanın açılış mərasimindən sonra yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları adından Həmkarlar İttifaqlarının balansında olan Sabirabad rayon mərkəzi stadionunda keçirilən ağacəkmə aksiyasında 100 ədəd şam ağacı əkilmişdir. Ağacəkmə tədbirinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.