Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində keçirilən “Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı beynəlxalq sərgi keçirilib. Bakı Ekspo Mərkəzinin 4 min kvadrat¬metrlik sahəsini əhatə edən sərgidə yalnız SPECA ölkələrinin stendləri yer alıb. Hə¬min stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunub. Bütün stendlər Azərbay¬can tərəfindən vahid dizayn formatında quraşdırılıb. Sərginin Azərbaycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” marka¬sı ilə istehsal olunan məhsullar nümayiş etdirilib. Burada Azərbaycanın 33 şirkə¬tinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş mey¬vələr, süd məhsulları, kosmetik vasitə çe-şidləri və “ABAD”çı sənətkarların hazırla¬dıqları əl işləri təqdim olunub. Milli Stend iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliy¬yat infrastrukturu və tranzit, energetika, müdafiə sənayesi, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətləri əhatə edib. Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyasının sədri və məsul işçiləri də həmin sərgidə ziyarətçi qismində iştirak etmişlər.