Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Türkiyə Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı- "Tarım-İş" Sendikasının başkanı sayın İlhami Polatın dəvəti, Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyevin təşkilatçılığı ilə Türkdilli dövlətlərin Kənd Təsərrüfatı və Qida Sənayesi İşçilərinin həmkarlar ittifaqları arasında birlik və sosial dialoq mövzusunda toplantı keçirilmişdir. İlk öncə Toleyis Sendikası başkanı Cemail Bakindi və Tarım- İş Sendikası başkanı İlhami Polat qonaqları salamladı və iştirakları üçün öz təşəkkürünü bildirdi. Tədbirdə Türkiyə, Tacikistan, Özbəkistan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, ölkələrinin sahə həmkarlar ittifaqlarının sədrləri iştirak etmişdirlər. İclasda Türk dövlətlərinin bir arada olmasının vacibliyi qeyd olundu və bu əlaqələrin həmkarlar ittifaqında da həyata keçirilməsi vurğulandı. Türkiyə Həmkarlar İttifaqlarının nümayəndələri türkdilli dövlətlərin bir mədəniyyətə sahib olmasından və qonaqları öz ölkəsində qəbul etməkdən qururlu olmasından çıxışlarında bəhs etdilər. Türkiyə Cümhuriyyətinin həmkarlar ittifaqları nümayəndələri çıxışlarında Azərbaycan-Ermənistan münaqişəsində Türkiyənin qardaş ölkə olaraq, Azərbaycanın yanında olmasından və Azərbaycanın parlaq qələbəsini xüsusi olaraq qeyd etdilər. Bu məqəmlar türkdilli ölkələrin arasında möhkəm münasibətlərin qurulmasının, iş birliyinin nə qədər vacib və faydalı olmasının göstəricisidir. Cari ilin sentyabr ayında Türk dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılmasının davamı kimi, qardaş dövlətlərin bütün həmkarlar ittifaqı sahələrində də əlaqələrin genişlənməsində, işçilərin əmək hüquqlarının qorunmasında bu birliyin rolu xüsusi olaraq təqdirəlayiq qiymətləndirilib. Tədbirdə gələcək iclasın gündəliyi , yeri və keçirilmə vaxtı da müzakirə olunmuşdur. Əmək verərək, çox çalışaraq bu birliyin kağız üstündə qalmamasını və güclənərək gələcəkdə daim irəli getməsi üçün hər bir təşkilat daim çalışacağı barədə söz vermişdir. Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Federasiyasının vitse prezidenti və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev tədbirdə çıxış etmişdir. O öz çıxışında türkdilli ölkələrin sahə həmkarlar ittifaqları arasında iş birliyinin vacibliyini xüsusi olaraq vurğulamışdır. Bundan əlavə bu cür tədbirlərin davamlı olması üçün əlimizdən gələni edəcəyini qeyd etmişdir. Tədbirin proqramına əsasən qonaqlar sendikaların iş təcrübəsi ilə yaxından tanış olmuşlar və yekunda “Türk-İş” Konfederasiyasının sədri Ergün Atalayla görüş keçirilmişdir.