Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Mənbə AHİK