"Həmkarlar ittifaqları ölkədə sosial ədalətin bərpası və işçilərin hüquqlarının müdafiəsi istiqamətində böyük rol oynayır."

Ümummilli lider : Heydər Əliyev

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Federasiyası

"Həmkarlar ittifaqları əməkdaşların hüquqlarını qoruyan, onların sosial müdafiəsini təmin edən vacib bir təşkilatdır."

Azərbaycan Respublikasının Prezidenti : İlham Əliyev

Qax rayonunda yerləşən “Ulu Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin 2023-cü ilin yekunlarına həsr edilmiş yığıncağı keçirilib.


Post Image

Tədbirdə çıxış edən Cəmiyyətin direktoru Cahan Məmmədov MMC-nin fəaliyyətindən danışıb. Bildirib ki, Aqro Park ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın azaldılması, regionda məşğulluğun artırılması, ənənəvi təcrübəyə əsaslanan müasir metodlardan və ən son texnologiyalardan daha səmərəli istifadə edilməsi, Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması və layiqincə təmsil olunması məqsədilə yaradılıb. Burada yüksək keyfiyyət və məhsuldarlığa malik geniş çeşiddə meyvə, tərəvəz və dənli bitkilər yetişdirilir. Keyfiyyətli və beynəlxalq standartlara uyğun sağlam məhsullar xarici bazarda möhkəmlənməyə imkan verir və məqsəd “Made in Azerbaijan” brendini dünyada tanıtmaqdır.

Sonra ayrı-ayrı təsərrüfat rəhbərləri çıxış edərək əldə etdikləri nailiyyətlərdən, qarşıda duran vəzifələr, problemlər və onların həlli yollarından danışıblar.

Tədbirdə Cəmiyyətin işçiləri yekdilliklə 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Vətənimizin bütövlüyünü təmin edən, olkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini dəstəkləyəcəklərini və seçkilərdə ona səs verəcəklərini bəyan ediblər.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə, həmçinin 2023-cü təsərrüfat ilinin yekunları ilə bağlı Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası tərəfindən Cəmiyyətin bir qrup əməkdaşına fəxri fərman və pul mükafatı verilib.

Qeyd edək ki, tədbirdə Federasiyanın sədr müavini Təhmasib Əliyev iştirak və çıxış edib.

 

10.01.2024  [ 14:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024