"Həmkarlar ittifaqları ölkədə sosial ədalətin bərpası və işçilərin hüquqlarının müdafiəsi istiqamətində böyük rol oynayır."

Ümummilli lider : Heydər Əliyev

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Federasiyası

"Həmkarlar ittifaqları əməkdaşların hüquqlarını qoruyan, onların sosial müdafiəsini təmin edən vacib bir təşkilatdır."

Azərbaycan Respublikasının Prezidenti : İlham Əliyev

“TOLEYİS” - Türkiyə Otel, Restoran və İstirahət Yerləri İşçiləri Həmkarlar İttifaqının XV qurultayı keçirilib. Cari ilin may ayının 25-26- da İstanbul şəhərində «TOLEYİS» - Türkiyə Otel, Restoran və İstirahət Yerləri İşçiləri Həmkarlar İttifaqının XV qurultayı keçirilib


Post Image

Qurultayın işində Türkiyə ilə yanaşı Azərbaycan, Albaniya, Qırğızıstan, Qazaxıstan, İtaliya, Bolqaristan, Bosniya və Herseqovina, Gürcüstan, Yunanıstan, Özbəkistan, Ukrayna, Kipr, Kosova və Tunis ölkələrindən nümayəndələr iştirak etmişlər.

«TÜRK-İŞ» Sendikasının sədri cənab Ergün ATALAY çıxış edərək qurultayın işinə uğurlar arzulamişdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev öz çıxışında bildirib ki, qardaş Türkiyənin həmkarlar ittifaqları, o cümlədən «TOLEYİS» sendikası ilə AHİK arasında əlaqələr durmadan genişlənir, işbirliyi daha da möhkəmlənir, ikitərəfli səfərlər təşkil olunur və görüşlər keçirilir.

AHİK-in sədri S.Möhbalıyev Azərbaycanla Türkiyə arasında bütün sahələr üzrə davamlı olaraq inkişaf edən əlaqələrdən, qardaşlıq münasibətlərindən, göstərilən qarşılıqlı dəstəkdən danışıb. İkinci Qarabağ müharibəsinin ilk günündən Türkiyə Azərbaycanın yanında olduğu kimi, Türkiyənin cənub-şərqində baş verən faciəvi zəlzələ zamanı Azərbaycan dövləti və xalqı da öz qardaşlarına hərtərəfli dəstək oldu. Bununla yanaşı, AHİK və üzv təşkilatlar türkiyəli həmkarlarına maddi və mənəvi köməyini əsirgəmədi. Biz zəlzələ nəticəsində evsiz-eşiksiz qalmış insanların sığınacaqlarla təmin edilməsi məqsədilə Türkiyəyə 10 ədəd bir və iki otaqlı modul tipli ev – konteyner göndərdik. Həmçinin zəlzələ qurbanlarına humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə dəstək olmaq üçün 500 min manat vəsait köçürdük. AHİK 2021-ci ildə baş vermiş meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədilə də Türkiyənin həmkarlar ittifaqlarına ianə edilmişdir.

«TOLEYİS» - Türkiyə Otel, Restoran və İstirahət Yerləri İşçiləri Həmkarlar İttifaqının sədrinə Cemail Bakındıya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Sonra söz “TOLEYİS” Sendikasının sədri Cemail Bakındıya verildi. C.Bakındı dəyərli iştirakçıları və nümayəndələri salamladı, onlara göstərdikləri maraq, iştiraka görə təşəkkür etdi və sendikanın gördüyü işlər barədə məlumat verdi.

«TOLEYİS» - Türkiyə Otel, Restoran və İstirahət Yerləri İşçiləri Həmkarlar İttifaqının XV qurultayında AHİK-in nümayəndə heyətinin tərkibində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov, Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar ittifaqı Federasiyasının sədri, Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Federasiyasının sədr müavini Tofiq Quliyev iştirak etmişdirlər.

Bundan əlavə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Aparat rəhbəri Şaiq Əhmədov, Kənd Təsərrüfatı, və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Aparat rəhbəri, Təşkilat və təlimat şöbəsinin müdiri Rüfət Bürcəliyeviştirak etmişlər.

 

30.05.2024  [ 14:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024