Görüşdə üzv və tabe təşkilatların sədrləri görülən işlərdən, işçilərin əmək hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və qarşıda duran vəzifələrdən danışıblar.
AHİK sədri Sahib Məmmədov sahə həmkarlar ittifaqlarının rəhbərlərinə bir sıra tapşırıqlarını verib.
Bildirib ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl olunması, bütövlükdə qanunvericiliklə təsbit olunmuş hüquqların təmin olunması məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Həmçinin həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılmalı, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilməlidir.
Mənbə AHİK