"Həmkarlar ittifaqları ölkədə sosial ədalətin bərpası və işçilərin hüquqlarının müdafiəsi istiqamətində böyük rol oynayır."

Ümummilli lider : Heydər Əliyev

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Federasiyası

"Həmkarlar ittifaqları əməkdaşların hüquqlarını qoruyan, onların sosial müdafiəsini təmin edən vacib bir təşkilatdır."

Azərbaycan Respublikasının Prezidenti : İlham Əliyev

İş qəzası


Post Image

Cari ilin iyul ayında Zaqatala Suvarma Sistemləri İdarəsinin elektrik montyoru Qaracayev Hacıməmməd Rəhmətullah oğlunun ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir.

Azərbaycan Respublika Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş " İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları" na əsasən baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyası yaradılmışdır.

Federasiyasının baş texniki əmək müfəttişi Ələkbərova Arifə Gəncəli qızı bədbəxt hadisə ilə əlaqədar Təhqiqat Komissiyanın tərkibinə daxil edilmişdir.

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası və Zaqatala Suvarma Sistemləri İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsi tərəfindən mərhum Qaracayev Hacıməmməd Rəhmətullah oğlunun ailəsinə maddi yardım göstərilmişdir.

16.09.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024