Əməyin mühafizəsi sahəsində olan məlumatlar
Sahə həmkarlar ittifaqı xidməti sahəsində fəaliyyət göstərən bütün müəssisə və təşkilatlarda əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli, əmək hüquqlarının təmin olunması, Layiqli əmək şəraitinin yaradılması istiqamətində yeni metod və vasitələrdən istifadə edərək məqsədyonlü və səmərəli fəaliyyət göstərir .
Sahə həmkarlar ittifaqı xidməti sahəsində fəaliyyət göstərən üzv təşkilatlar arasında AHİK-in İcraiyyə Komitəsinin 25 noyabr 2009-cu il tarixli (№ 6b.32ə) Qərarına əsasən “28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü”-nə həsr olunmuş, əməyin mühafizəsi üzrə qanunvericiliyə və qaydalara nəzarət hüququnun, təhlükəsiz əmək şəraiti və qabaqcıl təcrübənin yayılmasını təmin etmək məqsədi ilə "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi " adı altında illik Respublika Sahə Baxış Müsabiqəsini keçirilir.
Sahə müəssisələri arasında əməyi mühafizəsi, layiqli əmək, sağlam və təhlükəsiz iş şəraitinə həsr olunan Sahə Baxış müsabiqələrində iştirak etmək istəyənlərin sayı xeyli artmışdır. Son 5 ildə 34 müəssisə müsabiqənin qalibi olmuş , qiymətli hədiyyə və diplomlara layiq görülmüşlər.
Hər il dünyada “ 7 oktyabr Ümumdünya Layiqli Əmək Günü” kimi qeyd olunur.Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib.
Sahə həmkarlar ittifaqı Ümum Həmkarlar İttifaqları Konfederasiyasının 7 oktyabr “Ümumdünya Layiqli Əmək günü” ilə əlaqədar çağırışın, Beynəlxalq Əmək Təşkilatı tərəfindən 1999-cu ildə qəbul olunmuş Layiqli Əmək Proqramının məqsədlərini, yəni keyfiyyətli və təhlükəsiz iş yerlərinin, layiqli və ədalətli əmək haqqının, ehtibarlı sosial təminatların və digər hüquqların təmin edilməsini dəstəkləyir və bu sahədə tədbirlərin keçirilməsinə əməli köməklik göstərir.
Müvafiq müddət ərzində işəgötürənlər tərəfindən AR qanunvericiliyinə uyğun olaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması müəssisə və təşkilatlarda , özəl şirkətlərdə həyata keçirilmiş və bu sahədə bədbəxt hadisələrin,xəsarətlərin azaldılması üçün mühüm işlər görülmüşdür.
Havanın temperaturu 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ilin soyuq vaxtında temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü lakin isidilməyən binalarda işləyən işçilərə fasilələrin verilməsi və işlərin müəyyən müddətdə dayandırılmasına bir çox yerlərdə qismən əməl edilmişdir.Bu məqsədlə yerlərdə təmsilçilərimiz tərəfindən reydlər keçirilmişdir.
Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq zərərli və ağır əmək şəraitində çalışan işçilərə əlavə məzuniyyətin , qısaldılmış iş günü , müalicə profilaktik yeməklərin verilməsi, qadınlar üçün sanitariya-gigiyena otaqlarının ayrılması, iş yerlərində əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun olaraq mikroiqlimi normal isitməni, təbii və suni işıqlanmanın təmin edilməsi sahəsində işlər aparılmışdır.
İşçilərə normalara uyğun olaraq xususi geyim, xususi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi , onların lazımi qaydada saxlanılması və istifadəsi, bundan əlavə qeyd etmək istəyirik bizim tələblərimizə uyğun olaraq son zamanlar xususi geyimlərin peşələrə uyğun olaraq alınması təmin olunmuşdur.