Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin mart ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

18.03.2019

-   Federasiyanın mütəxəssisləri tərəfindən Sahə Hİ Ağsu və Qusar rayon komitələrinin xidmətinə daxil olan təşkilatlarda   ərizə və şikayətlərin   yerində araşdırılması vəziyyəti öyrənilmiş, zəruri məsləhət, izahatlar verilmişdir və əməli köməklik göstərilmişdir; 

      - Federasiyanın tədbirlər planına uyğun olaraq 8 mart “Qadınlar Günü” münasibəti ilə Federasiyanın aparatında və üzv təşkilatlardan Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, “ Azərsun Holdinq” Şirkətlər Qrupunun həmkarlar ittifaqı təşkilatlarında və   Sahə Hİ Abşeron, Qax, Qəbələ, Kürdəmir və s. təşkilatlarda tədbirlər keçirilmişdir;

 -Üzv təşkilatlarda  “Respublikada aparılan islahatlar ölkə əhalisinin sosial müdafiəsinin təmin olunmasında və maddi rifahının yüksəldilməsində atılan mühüm addımdır” mövzusunda  yığıncaqlar keçirilmişdir. Yığıncaqda Federasiyanın aparat işçiləri, Aqrar Elm və İnnovasiya mərkəzinin HİK sədri və fəalları, “ Azdövsutəslayihə” İnstitutu, “Bakı Şampan Şərabları” ASC, Bakı Şəhər Baytarlıq İdarəsi, Az.Dəmiryolunda Baytarlıq Nəzarəti İdarəsinin HİK sədrləri və fəalları iştirak etmişlər.





Çap et  Çap et