AZE ENG RUS
Xəbərlər

Bakıda AHİK və BƏT-nin birgə təşkilatçılığı ilə subregional seminar keçirilir.

03.05.2023

Mayın 3-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Şərqi Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə və daha təmiz, davamlı dünyaya ədalətli keçid” adlı subregional seminar başlayıb.

Seminarda AHİK sədrinin birinci müavini İlyas Əliyev, BƏT-nin Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Sergiyus Qlovaskas, həmçinin BƏT-nin rəsmiləri – Lene Olsen, Cristina Martinez və Lilia Kaçkinbayeva, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın müvafiq qurumlarının nümayəndələri, eləcə də Konfederasiyaya üzv təşkilatların əməkdaşları iştirak edirlər.