AZE ENG RUS
Xəbərlər

AHİK tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib.

04.05.2023

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən xalqımızın xilaskar oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda tədbir keçirilib.

Öncə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri və əmkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin iştirakçılar görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüblər.

Sonra Bakı Konqres Mərkəzində tədbir başlayıb.