AZE ENG RUS
Xəbərlər

Heç vaxt unudulmurlar!

18.04.2023

      Kənd  Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası Müzəffər, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə daim dəstəyini göstərir.

      Federasiya himayəsində olan  şəhid ailələrini daim diqqət mərkəzində saxlayır, bütün bayramlarda və əlamətdar günlərdə onlar ziyarət olunur, sovqatlar və yardımlar paylanılır. Federasiya 3 şəhid ailəsinin üzvlərini öz himayəsinə götürmüşdür

      Ramazan bayramı ərəfəsində  Federasiyanın Aparat rəhbəri – Rüfət Bürcəliyev və  maliyyə şöbəsinin təlimatçı-təftişçisi Fərid Qasimov   Ağsu rayonuna, Mingeçevir şəhərinə və  Qazax rayonuna səfər etmiş, şəhid ailələrini ziyarət etmişdirlər. "Az-Granata MMC –nin HİK sədri Cabbar Məmmədov da Ağsu şəhərində şəhid ailəsini ziyarət edərkən, Qazax RK sədri Fərhad Qocamanov da Qazax şəhərində Federasiyanın işçilərinə qoşulmuşdur.

      Şəhidlərin ailə üzvləri ilə söhbətləşən Federasiyanın məsul işçiləri və HİK sədrləri onların problemləri ilə maraqlanmışlar.

      Şəhid ailələrinə qarşıdan gələn Ramazan bayramı münasibəti ilə Federasiya adından ərzaq sovqatı çatdırılmışdır. Göstərilən diqqət və qayğıya görə hər 3 ailənin üzvləri minnətdarlığını bildirmişdir.