AHİK daha 5900 ailəyə bayram sovqatı göndərib
15.03.2023
Martın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən qarşıdan gələn Novruz bayramı münasibətilə Respublikanın rayonlarında yaşayan 4650 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatı verilib. Bununla da AHİK tərəfindən sovqat göndərilən ailələrin ümumi sayı 36 minə çatıb.
AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.
Məlumat üçün bildirək ki, AHİK İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci ilin aprelində 3 900, 2021-ci ilin martında 3 900, mayında 4 000, 2022-ci ilin martında 4 065, noyabrında 4 500, dekabrında isə 4500 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaq göndərilib.
Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün hər dəfə maliyyə vəsaiti ayrılıb.