AZE ENG RUS
Xəbərlər

AHİK əməkdaşları Bakıda şəhid ailələrini ziyarət ediblər

10.11.2022

Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, həmçinin müharibə iştirakçılarına yüksək diqqət göstərilir, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara baş çəkilir, maddi-mənəvi dəstək göstərilir. Ölkəmizdə bu istiqamətdə milli həmrəylik yaşanır, dövlət orqanları ilə yanaşı, ictimai qurumlar da bu nəcib missiyada yaxından iştirak edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib, o cümlədən AHİK sədri Səttar Möhbalıyev qurum tərəfindən övladları himayəyə götürülmuş şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüş keçirib, onlara maddi dəstək göstərilib, həmçinin respublikanın müxtəlif rayonlarında yaşayan (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) 5500 şəhid və qazi ailəsinə sovqatlar göndərilib.

Bunlardan başqa, noyabrın 7-də AHİK sədri Səttar Möhbalıyevin tapşırığına əsasən, qurumun əməkdaşları Bakı şəhərində yaşayan bir qrup şəhid ailəsini ziyarət edib, Zəfər bayramı münasibətilə onları təbrik edib, xoş arzularını çatdırıblar.

Ziyarət olunan şəhid ailələrinə bayram sovqatları verilib.

Şəhid ailələri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildirib və Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.

  

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi