Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,millət vəkili Səttar Mehbalıyev 5 İyun “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı münasibəti ilə sahənin işçilərini təbrik etmişdir.

05.06.2014

                                                                 Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri
                                                                cənab Əhməd Əhmədzadəyə

 

Hörmətli Əhməd müəllim!

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  adından Sizi və şəxsinizdə sahənin bütün işçilərini  5 İyun   “Su Təsərrüfatı və Meliorasiya  İşçiləri Günü”  peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir və işlərinizdə uğurlar arzu edirəm.
Ölkəmizdə  meliorasiya və su təsərrüfatının inkişafına əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş diqqət və qayğı  möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində qeyri-neft sektorunun, o cümlədən  kənd təsərrüfatının inkişafına, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına yönəldilmiş dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə əsaslı kapital qoyuluşu ildən-ilə artır və   meliorasiya və su təsərrüfatı sahəsinin qarşısına yeni-yeni  daha böyük və irimiqyaslı vəzifələr qoyulur.
Sevindirici haldır ki, su təsərrüfatı və meliorasiya işçiləri dövlətin bu sahədə qarşıya qoyduğu  bütün vəzifələrin öhdəsindən həmişə olduğu kimi, bu il də layiqincə gəlmişlər.
   Əminəm ki, meliorasiya və su təsərrüfatı sahəsinin çoxminli kollektivi  bundan sonra da daha səylə çalışacaq, bütün bacarıq və imkanlarını səfərbər edərək  Azərbaycan iqtisadiyyatının inkişafına yeni layiqli töhfələr  verəcəkdir.
   Sizi və sahənin  bütün işçilərini  Su Təsərrüfatı və Meliorasiya İşçiləri  Günü - peşə bayramı münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti, qarşıya qoyulmuş çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,
AHİK-in sədri, millət vəkili                                                          S.Mehbalıyev





Çap et  Çap et