Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

“Əmək hüquqlarının qorunması, əmək müqaviləsinin bağlanması, ləğvi, xüsusilə yaşı 18-dən az olan işçilərin əmək hüquqları” mövzusunda Seminar keçirilmişdir.

16.05.2014

AHİK ilə  Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Hİ Federasiyasının birgə   “Əmək hüquqlarının qorunması, əmək müqaviləsinin bağlanması, ləğvi, xüsusilə yaşı 18-dən az olan işçilərin əmək hüquqları”  mövzusunda Seminar keçirilmişdir. Seminarda AHİK-in və Federasiyanın məsul işçiləri, Sahə Həmkarlar İttifaqının xidmətinə daxil olan müəssisələrin HİK sədrləri və kadrlar üzrə mütəxəssisləri iştirak edirdi.
Seminarı giriş sözü ilə Federasiyanın sədri Tofiq Quliyev açaraq Seminarın mövzusunun aktuallığından danışdı və bu sahədə qanunvericiliyə edilmiş ən son dəyişiklikləri diqqətə çatdırdı.
AHİK-in Hüquq şöbəsinin müdiri Leyla Acalova mövzu ətrafında çıxış edərək  işçilərin əmək hüquqları, əmək müqaviləsinin bağlanmasının zəruruliyi, əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərindən danışdı.
AHİK-in Hüquq şöbəsinin mütəxəssisi Sevil Zeynalova  yaşı 18-dən az olan işçilərin əmək hüquqları barədə seminar iştirakçılarına ətraflı məlumat verdi.
Federasiyanın Baş hüquq müfəttişi Emil Allahverdov əmək müqaviləsinin zəruri məqamları,  əmək müqaviləsi bağlanmadan işçinin əmək fəaliyyəti ilə məşğul olmasının mənfi nəticələri, Əmək müqaviləsi bağlanarkən işçidən  tələb edilən sənədlər və s.barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, Əmək müqaviləsi əmək məcəlləsinin 43-cü maddəsində göstərilən şərtlər çərçivəsində bağlanmalıdır. Bu müqavilənin bağlanması işçinin hüququdur, işəgötürənin isə həm hüququ, həm də vəzifəsidir. Bu baximdan işəgötürən əmək müqaviləsi bağlamadığı təqdirdə inzibati məsuliyyət daşıyır. İşçinin isə öz hüququdur ki, əmək müqaviləsini tələb etsin.Daha sonra Seminar diskussiyalarla davam etdi, seminar iştirakçılarına bu məsələ ilə əlaqədar Federasiyanın hazırladığı slayd-şou təqdim edildi.

              





Çap et  Çap et