Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

“Azərbaycan gənclərin məşğulluğu siyasətinin formalaşmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilmişdir.

05.05.2014

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan gənclərin məşğulluğu siyasətinin formalaşmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilmişdir. İkigünlük  seminarın açılışında AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış  etmişdir. Səttar Mehbalıyev qeyd edib ki, bu gün ölkəmiz Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan qabaqcıl ölkələr sırasına qoşulub:  Bu təşəbbüs BƏT-in texniki yardımı ilə BMT tərəfindən dəstəklənib. Təhsildən əmək fəaliyyətinə keçmək, gənclərin məşğulluq vəziyyətinin təhlili üzrə sorğunun nəticələri, eləcə də gənclərin məşğulluğuna aid milli plan Azərbaycanda işsizliyin azaldılması, gənclərin məşğulluq və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, peşə hazırlığı kurslarının təşkili kimi üstün cəhətləri önə çəkir. Gənclərlə bağlı müxtəlif məsələlərin, o cümlədən məşğulluq probleminin həlli üzrə ölkədə 2015-ci ilədək  dövlət fəaliyyət proqramı qəbul edilib.
 Seminarın ikinci günündə Gənclər məşğulluğunun vəziyyəti və problemləri ilə əlaqədar regionlar və sahələr üzrə iştirakçıların təqdimatı keçirilmişdir. Daha sonra seminarın iştirakçıları qruplara bölünərək “Gənclər məşğulluğu problemlərinin həllində mənim həmkarlar ittifaqımın atdığı siyasi və əməli addımlar” mövsuzunda qrup şəklində təqdimatlarla yekunlaşmışdır. Seminarda Federasiyanın nümayəndələri iştirak  və çıxış etmişlər.

        





Çap et  Çap et