"İlin peşəkar gənci" adı altında müsabiqəsinin qaliblərinin təltif edilməsi.
12.01.2022
Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Gələcəyimizin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Hazırda respublikadakı həmkarlar ittifaqı üzvlərinin üçdəbiri 35 yaşınadək olan gənclərdir. Belə bir qüvvənin təşkilatın işində yaxından iştirakı vacib məsələlərdən biridir. Həmkarlar ittifaqları mövcud struktur çərçivəsində gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar.
Cari ilin yanvar ayının 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsis edilən “İlin peşəkar gənci” müsabiqəsinin qalibləri olan həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilmişdir.Görüşdə “Kənd-Qida-İş” Hİ Federasiyasının sədri Tofiq Quliyev müsabiqə qaliblərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Və bu gün Prezident İlham Əliyevin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlarından bəhs etmişdir.
Daha sonra sədr T.Quliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin komandanlığı altında aparılmış 44 günlük Vətən müharibəsi nəticəsində işgaldan azad olunan ərazilərərdə yenidən qurma işlərinin gedişi və bu prosesdə gənclərin iştirakı barədə məlumat vermişdir.
Sonda “ İlin peşəkar gənci “ adına layiq görülmüş
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının İnsan Resursları şöbəsinin müdir müavini Süleymanov İlham Məmməd oğlu;
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının İnsan Resursları şöbəsinin Təlim və inkişaf sektorunun müdiri Atayev Elnur Allahverdi oğlu;
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Elm, Layihə və Xarici Əlaqələr şöbəsinin aparıcı məsləhətşısı Məmmədov Gündüz Tahir oğlu;
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Anbarı və Hidroqovşaqların İstismarı Sektorunun baş məsləhətçisi Ağayev Sarvan Şükür oğlu;
Azərsun Holdinq Şirkətlər Qrupunun “Xəyal Adası” MMC-nin Təsis xidmətləri şöbəsinin müdiri Seyfullayev Fuad Valeh oğlu fəxri diplom, döş nişanı, vəsiqələr və Federasiya tərəfindən pul mükafatı təqdim olunmuşdur.