Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Hümanist addımlarını reklam etməyən Səttar Möhbalıyev

18.08.2021

Azərbaycanda söz və mətbuat azadlığının formalaşdırılması bir sıra insanların yaradılan imkanlardan sui-istifadə etməsinə səbəb olub. Elektron imkanlar hesabına özlərinə sayt və digər sosial şəbəkə profilləri açan əslində isə qara-qura fikirlərə sahib olan bu adamlar önlərinə çıxan şəxs barəsində doğru-dürüst araşdırma aparmadan kampaniya aparır, onu gözdən salmağa çalışır və ən əsası yalan məlumat yayırlar. Düzdü onların yazdıqları elə yazı kimi qalmaqdadır. Cəmiyyət kimin-kim olduğunu yaxşı bilir. Ancaq bu ürəkbulandıran hadisələrə səssiz qalmaq olmur...

İnternet üzərindən axtarış edən zaman Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevə qarşı hazırlanmış, təmamilə əsassız və saxta məlumatlar üzərində köklənmiş yazını oxuduqdan sonra məyus oldum. Və mən həmin o jurnalist həmkarımın yerinə olsaydım yazıya o istiqamətlə yox digər yöndən yanaşar, cəmiyyətin məlumatlanmasında bir məsələyə xüsusi diqqət yetirərdim.

Məsələ nədir? Bildiyiniz kimi pandemiya bütün dünyanı cənginə alıb. Bu elə bir dövrdür ki, kimliyindən asılı olmayaraq hər kəs ilk öncə öz sağlamlığını qorumalı, daha sonra ətrafında olanlara diqqət və qayğı göstərməlidir. Məlum qapanmalar zamanı məhz elə Səttar müəllimin rəhbərliyi ilə 1000-lərlə imkansız ailələrə yardımlar, sovqatlar paylanıldı. Bununla bağlı məlumatlar dövrü mətbuatda yer alıb. İndi deyəcəksiniz ki, burada nə var ki? Eləməlidir! Xeyir. Əslində Səttar müəllim bu hümanist addımı etməyə də bilərdi və buna görə də heç bir kəs onu qınaya bilməzdi. Ancaq dövlətinə, millətinə bağlı olan, işində, əməlində bötüv olan bir adam bu kimi hümansit addımlardan kənar qala bilməz. O da Səttar müəllimdir. Səttar müəllimə bu kimi qarayaxma kampaniyaları yapışmır. İnanın ki, yapışmır. Təkcə söhbət açdığımız yardımlar deyil. Onun qəbuluna gedən, dərdini ona danışan heç kim Səttar müəllimin qəbulundan əli boş, ümidsiz qayıtmır. İndi vətəndaşlara nə maddi, nə digər köməkliklər lazımdır. İndi vətəndaşlarımızın istədiyi sadəcə diqqət, qayğı, hörmətdir. Bu sadaladığımız faktlar isə Səttar müəllimdə komplekslik təşkil edir. Səttar Möhbalıyevin ən özəl xüsusiyyətlərindən biridə odur ki, o etdiyi xoş niyyətli əməlləri, bu yöndə gördüyü işləri heç zaman reklam eləmir. 

Pandemiyadan sonrakı dövrlərdə 44 günlük vətən müharibəsi zamanı da Səttar müəllimin rəhbərliyi altında AHİK öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirib. İstər odruya dəstək, istər YAŞAT Fonduna və digər şəhid ailələri, qazilərə dəstək baxımdan AHİK ön sırada gəlir. Hörmətli həmkarlar xeyriyyəçilik və əl tutmaq müqəddəs əməldir. Gəlin bu kimi insanlarımıza bu müqəddəs əməlində dəstək olaq. Pislikdən heç nə çıxmaz. Və ən əsası bu pisliyi özümüz özümüzə qarşı etməyək! Onsuzda düşmənlərimiz ÇOXDUR!

Elnarə Həziyeva





Çap et  Çap et