Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (“Interfood Azerbaijan 2021”) sərgiləri keçirilmişdir.

10.06.2021

10 iyun tarixində Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2021”) sərgisi öz işinə start verib. Bu, koronavirus pandemiyasının səbəb olduğu iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgidir. “Caspian Agro 2021” sərgisi ilə paralel olaraq, 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (“Interfood Azerbaijan 2021”) sərgisi keçirilir.
"Kənd-Qida-İş" Hİ Federasiyasının sədri Tofiq Quliyev sərgidə iştirak etmiş, Federasiyanın üzv təşkilatlarının – "Azərsun Holdinq" MMC, "Az – Granata" MMC və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" ASC – nin nümayəndələri ilə iş prosesi haqqında söhbət etmiş, işlərində uğurlar arzulamışdır. Bundan əlavə Federasiya sədri və fəalları təmsil olunan yerli və xarici sahibkarlarla birgə əməkdaşlığa dair danışıqlar aparmışdır.
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 





Çap et  Çap et