Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

27.05.2021

Tarixən, əməyin mühafizəsi sahəsində tədbirlərin gücləndirilməsi və dəyərləndirilməsi cəmiyyətin diqqət mərkəzində olduğu kimi, bu məsələ müasir dünyamızda da aktuallıq kəsb edir. Hazırda əməyin mühafizəsi yalnız sosial baxımdan deyil, iqtisadi baxımdan da önəmli məsələlərdəndir. Uzun illərin təcrübəsi də təsdiq edir ki, əmək şəraitinin yaxşı olduğu, müvafiq norma və standartlara uyğun təşkil edildiyi müəssisələrdə səmərəlik, məhsuldarlıq da yüksək olur. Müstəqil ölkəmizdə də əməyin mühafizəsinə, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına dövlətimiz xüsusi diqqət ayırır. Bu məsələnin həlli təbliğat və çağırışlarla məhdudlaşmamış, ilkin olaraq olduqca dolğun qanunvericilik bazası yaradılmışdır. Bu qanunvericilik bazasından əlavə AHİK tərəfindən "Sağlam və təhlükəsiz əmək şəraiti"adı altında baxış müsabiqələri keçirilir.İşçilərin sağlamlığının qorunması təhlükəsiz şəraitdə fəaliyyəti üçün müəyyən işlər aparılır. AHİK-in bu əməllərinə dəstək olaraq "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyası da qalib müəssisələri qiymətləndirir və təltif etmə mərasimlərini keçirir.Qalib müəssisələrdən "Qrant Garden"MMC və "P-Agro" MMC may ayının 27-də Federasiya rəhbərliyi ilə görüşdə iştirak etmişdir.Müəssisələr Federasiya rəhbəri Tofiq Quliyevə öz görüşlərində əmək fəaliyyəti barədə məlumat vermişlər. İlk öncə Federasiya rəhbəri qalib müəssisələrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin adından təbriklərini çatdırmış və gələcək işlərində uğurlar arzulamışdır. Nitqində Tofiq Quliyev müəssisənin perspektivlərindən, yüksək əmək şəraitindən, işçilərə göstərilən diqqət və qayğıdan söz açmış və əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, işçilərin sağlamlığının qorunması, əməkdaşların qayğısına qalınmasının mühüm vəzifələrdən biri olması barədə məlumat vermişdir. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Təşkilat şöbəsinin müdiri Anar Tağıyev də iştirak etmişdir.
Grant Garden şirkətinin əsası 2011-ci il noyabr ayının 11-də qoyularaq, meyvə və quru meyvə yetişdirilməsi üzrə ixtisaslaşdırılmışdır.
Tez bir zamanda şirkət Azərbaycan meyvəçilik bazarında öz yerini tapmışdır. Ümumi olaraq, torpaq sahələri əsasən Qusar və Şabran rayonları ərazisində yerləşir. Şirkətin adı çəkilən rayonlarda yüksək standartlara cavab verən müasir bağ şəbəkəsi yaradılmışdır. Yetişdirilən məhsullar əsasən daxili və xarici bazara satılır. Şirkət meyvələri Rusiya, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə ixrac etməklə, Azərbaycanın ixrac potensialının güclənməsində öz əvəzsiz rolunu oynamış olur. Eyni zamanda şirkət daxili bazarda Azərbaycanın daxili tələbatının ödənilməsində öz müstəsna roluna malikdir. Şirkətin bütün məhsulları ekoloji və sağlam qida sertifikatları ilə təmin olunur.
P-Agro MMC cəmiyyətin tabeliyində 17 filial, Saatlı və Ucar rayonlarında yerləşən 2 pambıq emalı zavodları fəaliyyət göstərir. Saatlı Pambıq Emalı Zavodu illik 20 000 ton xam-pambıq və Ucar Pambıq Emalı Zavodu isə illik 40 000 ton xam-pambıq emal etmək gücünə malikdir. Cəmiyyətin Salyan, Ağdam, Ağsu, Zərdab, Bərdə, Füzuli, Hacıqabul, Sabirabad, Saatlı, Ağcabədi, Biləsuvar, Ucar, Kürdəmir, Beyləqan, Yevlax, İmişli və Neftçala rayonlarında filialları fəaliyyət göstərir. “P-Aqro” MMC üzrə işçilərin sayı 906 nəfər təşkil edir. Cəmiyyətin balansında pambığın əkilməsi və becərilməsi üçün 1903 sayda müxtəlif müasir tipli kənd təsərrüfatı texnikaları və o cümlədən 118 ədəd “Belarus 1221” markalı traktor, 230 ədəd “Belarus 80-X” markalı traktor, 2 ədəd “Belarus 892” markalı traktor, 1 ədəd “Belarus 82.1” markalı traktor və 541 ədəd traktor qoşqusu mövcuddur.
“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar “P-Aqro” MMC tərəfindən 2018-ci ildə 24 min hektar torpaq sahəsində pambıq əkilmiş, 36 min tondan çox xam pambıq tədarük edilmişdir. 2019-cu il mövsümündə 19000 ha əkinə yararlı və suvarılan torpaq sahələrində pambıq əkilməsi həyata keçirilib. Hal-hazırda isə daha da artıq pambıq əkilməsi həyata keçirilir.
Görüşün sonunda Federasiya rəhbəri qalib müəssisələrə işlərində uğurlar arzulamış , fəxri fərman və hədiyyələri təqdim ederək təltif etmişdir.
 
      





Çap et  Çap et