Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

21.05.2021

Meliorasiya yaxşılaşdırma, yararlı hala salma mənasında olub təbii komponentlərin istifadəsi üçün yararlı olmayan və yaxud az yararlı olan təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər sistemi olduğundan bütün ölkələr inkişaf səviyyəsindən asılı olaraq onun həyata keçirilməsində müəyyən rol oynayırlar. Kənd təsərrüfatı istehsalatında torpaqdan müvəffəqiyyətlə istifadə etməkdən ötrü ictimai-iqtisadi şəraitdən başqa, iqlim, torpaq,hidrogeoloji şəraitin də olması lazımdır. Göstərilən şərait bəzi torpaqlarda təbii olaraq mövcudur, digər yerlərin torpaqlarında isə belə şərait insanlar tərəfındən təmin ediməlidir ki, bu da həmin yerlərin əlverişli olmayan təbiətinin kökündən dəyişdirilərək yaxşılaşdırılmsı və ya meliorasiyası yolu ilə mümkündür. Meşə zonasının meliorativ tədbirlər sisteminə qurutma, sutənzimləmə, turş torpaqların əhənglənməsi, üzvü və qeyri üzvü gübrələrin verilməsi, sukeçirməyən gil qatının ləğv edilməsi üçün dərin şumlama, qar və donmuş torpaqlarda istilik meliorasiyası aid edilir. Meşə meliorasiya idarələrindən biri də Mil Muğan Meşə Meliorasiya İdarəsidir. İdarə 1 yanvar 1978-ci ildən fəaliyyət göstərir. Mil- Muğan Meşə Meliorasiya idarəsinin əsas fəaliyyəti su kanalı, kollektor,dren ətrafı meşə zolağı salmaq və kollektor, drenləri lildən təmizləməkdir.Təşkilat Saatlı rayonu Mollavayızlı kəndində fəaliyyət göstərir.Fəaliyyət göstərdiyi müddət ərzində daim işçilərin əməyinə,sağlam şəraitdə fəaliyyətinə xidmət göstərir.
Əməyin mühafizəsinə və hüquq normalarını öndə tutaraq AHİK tərəfindən "Sağlam və təhlükəsiz əmək şəraiti"adı altında baxış müsabiqələri keçirilir və xüsusi səviyədə qiymətləndirilir. Bu sahədə "Kənd-Qida-İş" Hİ Federasiyası da müsabiqə qaliblərini təltif etməkdə yaxından iştirak edir. Qalib müəssisələrdən biri də Mil Muğan Meşə meliorasiya idarəsidir. 21.05.2021-ci il tarixdə federasiya rəhbərliyi ilə olan görüşdə idarənin HİK sədri Zeynalov Adil iştirak etmiş və bildirmişdir ki, 220 nəfərdən çox işçisi olan müəssisə daim işçilərin təhlükəsiz şəraitdə çalışmaları üçün çalışır. İşçilər ildə iki dəfə xüsusi mühafizə dəstələri ilə təmin edilir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən hal-hazıradək 28 nəfər əməkdaşa fəxri fərmanlar verilmişdir. Federasiya rəhbərliyi bir daha qalib müəssisəni təbrik etmiş, hədiyyələrlə təltif etmiş, işlərində uğurlar arzulamışdır.
 





Çap et  Çap et