Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

28.04.2021

 

İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, işçilərin sağlamlığının qorunması, əməkdaşların qayğısına qalınması artıq zamanın tələbidir.

Azərbaycanda əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativhüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.Əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması bu gün dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir-  Azərbaycan Respublikası Kənd Təsərrüfatı  Nazirliyinin nəzdində fəaliyyət göstərən qurumların da əməyin mühafizəsi işçilərin sağlam təhlükəsiz sistemdə çalışmaları sahəsində mühüm işləri var.Bu sahədə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin də rolu qeyd edilməlidir. Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, strukturuna daxil olan qurumlar və tabeliyindəki digər təşkilatlar, hüquqi şəxslər, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

DAİM-in fəaliyyət istiqamətlərindən danışıldıqda regionlarda aqrar siyasətin həyata keçirilməsini, bu sahədə dövlət xidmətlərinin vahid və əlaqələndirilmiş formada, etik davranış qaydalarına əməl edilməklə təşkilini və göstərilməsini təmin edir,regionlarda kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərini təşkil edir, kənd təsərrüfatı məhsulları istehsalçılarına bu sahədə tətbiq edilən güzəştlərdən istifadə edə bilmələri üçün Nazirliyin qurumları ilə birlikdə tədbirlər həyata keçirir,regionlarda aqrar sahə ilə bağlı problemlərin həllində mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə əməkdaşlıq qurur,aqrar sahədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görür, kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya-məsləhət və digər xidmətlərin “vahid pəncərə”, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında göstərilməsini təşkil edir,nazirliyin regionlarda fəaliyyət göstərən digər yerli qurumlarının fəaliyyətini əlaqələndirir.

AHİK-in layiqli əmək və təhlükəsiz iş şəraiti adı altında keçirdiyi müsabiqənin qaliblrindən biri də Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzidir.Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyasının rəhbəri Tofiq Quliyev Müəssisə rəhbəri ilə görüşdə onları təbrik etmiş və Kənd Təsərrüfatı Nazirliyinin əməyin mühafizəsi məsələsinə yanaşmasından söz açmışdır.Qalib müəssisənin rəhbəri bildirmişdir ki,Abşeron  Dövlət  Aqrar İnkişaf  Mərkəzi  2018-ci ildən fəaliyyət göstərir . Mərkəzdə   32  nəfər  işçisi çalışır.Abşeron  Dövlət  Aqrar İnkişaf  Mərkəzində  bitkiçilik,heyvandarlıq, texniki nəzarət,   maliyyə təsərrüfat  sektorları fəaliyyət göstərir. Mərkəzdə  elektron Kənd təsərrüfatı informasiya sistemi  (ektis) dövlət yardımlarının ( subsidiya) verilməsi bu sistem  üzərindən həyata keçirilir.Vəzifələri isə regionda aqrar sahənin inkişafına dövlət dəstəyi mexanizmlərinin tətbiqi və həyata keçirilməsini təşkil etmək, bu sahədə olan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi sahəsində, səmərəli aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar və erroziyaya qarşı mübarizə tədbirlərinə dair əsaslandırılmış təkliflər vermək, sahə ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçıları ilə yerlərdə görüşlər keçirmək, onları aqrokimyəvi xidmətin təşkili ilə bağlı qabaqcıl təcrübələr barədə məlumatlandırmaq, bu istiqamətdə dövlət tədbirlərinin həyata keçirilməsində iştirak etmək,regionlarda genetik modifikasiya olunmuş bitkilər istisna olmaqla yeni bitki sortlarının yetişdirilməsi və yayılması üçün tədbirlər görmək,kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək,əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatların aparılmasına, su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək, təkmilləşdirici təkliflər vermək,kənd təsərrüfatı məsələləri üzrə vətəndaşların qəbulunu həyata keçirmək, onların müraciətlərinə baxmaq, kənd təsərrüfatı məhsulları istehsalçıları və fermerlərlə yerində görüşlər keçirilmək, ortaq problemlərin həlli ilə bağlı müzakirələr təşkil etməkdir.

Görüşün sonunda Federasiya sədri müəssisə rəhbərini təbrik etmiş,fəxri diplom və hədiyyələri təqdim etmişdir,daim işlərində uğurlar arzulamışdır.





Çap et  Çap et