Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

28 aprel “Ümumdünya Əməyin Mühafizəsi Günü”

28.04.2021

2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel “Ümumdünya Əməyin Mühafizəsi Günü” elan edilmişdir. Bu günün təsis olunmasında məqsəd istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.
Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Bu sahədə həyata keçirilən tədbirlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin ölkəmizə rəhbərliyi dövründə əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunmuş, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”, – deyən ulu öndərin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunmuşdur. Həmçinin ölkənin bu əsas Qanununda işçilərin əmək və istirahət hüquqlarının əsasları da əksini tapmışdır. Bununla yanaşı əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə əmək hüquqlarının təmin olunmasını diqqətdə saxlayır, əməyin mühafizəsi sahəsində qanunvericilik təkmilləşdirilir, əmək şəraiti yaxşılaşdırılır.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası da iş yerlərində təbii ki, sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində geniş işlər görür. "Layiqli əmək - təhlükəsiz iş şəraiti adı altında ümumrespublika baxış müsabiqələrinin keçirilməsi də buna əyani sübutdur.





Çap et  Çap et