Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

22.04.2021

Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən nəhəng beynəlxalq layihələr istər nəqliyyat, istər energetika, istərsə də kənd təsərrüfatı sahələrində görülən işlər, ilk növbədə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına, onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Azərbaycan Milli Məclisi tərəfindən "Kəndli (fermer) təsərrüfatı haqqında qanun" qəbul edilib və bu qanun prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Bu Qanun kəndli (fermer) təsərrüfatlarının təşkilinin və fəaliyyətinin iqtisadi, sosial və hüquqi əsaslarını müəyyən edir. Qanun Azərbaycan Respublikası vətəndaşlarının kəndli təsərrüfatları yaratmaq hüququnu elan edir, bu hüquqa təminat verir və təsərrüfatçılığın digər formaları ilə yanaşı, onların bərabər inkişafı üçün şərait yaradılmasına yönəlib.

   İş yerlərində təbii ki, sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə geniş işlər görülür. Burada həm müəssisə rəhbərinin, həm də müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzərinə məsuliyyət düşür. Layiqli əməyin konseptual əsaslarını təşkil edən elementlər içərisində əməyin mühafizəsi problemi mühüm yer tutur. Bununla bağlı olaraq AHİK tərəfindən "Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqələri keçirilir və yüksək səviyyədə qiymətləndirilir.. 

      Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyası da öz növbəsində bu əməlləri dəstəkləyir.Yaxın günlərdə bununla bağlı olaraq müsabiqə qalibləri fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar.Federasiyanın sədri Tofiq Quliyev müsabiqə qalibi olan "Tərtər Fermer Təsərrüfatı"nın rəhbərliyini təbrik etmiş və bildirmişdir ki, ölkəmizdə sosial iqtisadi inkişaf zəminində yeni iş yerlərinin  yaradılması və məşğulluq səviyyəsinin yüksəlməsi işçilərin salam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələsini daha da aktuallaşdırır Respublika baxış müsabiqələri keçirilir və yüksək səviyyədə qiymətləndirilir.

      Müsabiqə iştirakçılarından "Tərtər Fermer təsərrüfatı" MMC də  fermer vəzifəsində çalışan  Qurbanov Fərman görüş vaxtı  öz fəaliyyəti haqda məlumat vermiş, əmək fəaliyyətinə mexanik kimi başladığını və bu dövr ərzində ölkədə kənd təsərrüfatı sahəsində işçillərə verilən diqqət və qayğını yüksək qiymətləndirdiyini, təbrik üçün minətdarlığını bildirmişdir. "Tərtər Fermer təsərrüfatı" da  kəndli təsərrüfatına torpaqda müstəqil təsərrüfatçılıq etmək; torpaq sahəsində olan meşələrdən, geniş yayılmış faydalı qazıntılardan və su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müəyyən olunmuş qaydada istifadə etmək; istehsal təyinatlı müvafiq yardımçı tikililər, qurğular ucaltmaq və s. kimi hüquqlar verdiyini qeyd etmişdir. Qalib müəssisə Federasiya tərəfindən "fəxri diplom" və qiymətli hədiyyələrlə təltif edilmişdir.

   

 





Çap et  Çap et