Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

22.04.2021

Əməyin mühafizəsi, işçi insanın həyat və sağlamlığının qorunması iqtisadi əhəmiyyəti ilə yanaşı, ilk növbədə sosial baxımdan xüsusi aktuallıq kəsb edən məsələdir. Xüsusən bu gün Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mərkəzində məhz insan faktorunun, hər bir vətəndaşın layiqli yaşayış və layiqli iş yeri ilə təmin olunması prinsipinin dayanması işçi insan amilinin, onun həyat və sağlamlığının mühafizəsinin də ön plana çıxmasını şərtləndirir. Yəni ölkədə aparılan siyasət işçinin iş prosesində həyat və sağlamlığının qorunması amilinin onun çalışdığı müəssisənin  iqtisadi mənafeyindən üstün tutulmasını nəzərdə tutur. Bununla bağlı olaraq AHİK tərəfindən "Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqələri keçirilir və yüksək səviyyədə  qiymətləndirilir.Bu müsabiqənin qaliblərindən biri də "Azersun" Holdingin müəssisəsi "Mamam bakery and chocolate" MMC-dir.

      "Mamam bakery and chocolate" MMC müxtəlif növ un məmulatları və şokolad istehsalı sahəsində ölkədə qabaqcıl liderlərdəndir.Müəssisədə 150 dən çox növdə şirniyyat və qənnadı məhsulları istehsal edilərək pərakəndə sektorunun liderləri olan ən böyük 2 mağazalar şəbəkəsinə göndərilir.

     "Mamam bakery and chocolate" MMC nin rəhbərliyi ilə keçirilən görüşdə Federasiya sədri Tofiq Quliyev qonaqları salamlamış və AZERSUN holdinglə 20 ili ötən əməkdaşlığı haqqında məlumat vermiş bu sahədə görülən işlərdən danışmışdır. Şirkətin 14 müəssisəsi son illər ərzində müsabiqənin qalibi olduğunu qeyd edərək qalib müəssisəni  təntənəli surətdə təbrik etmişdir. Müəssisənin rəhbəri Mustafa Sağlam bu təbrik üçün təşəkkürünü bildirmiş və yüksək keyfiyyətli məhsullar istehsal etməklə müasir texnologiyalardan istifadə etdiklərini qeyd etmişdir. 300 dən çox işçini iş imkanı ilə təmin etmiş təhlükəsiz,sağlam işləyə biləcəyi iş imkanı yaratdıqlarını öz öhdələrinə götürdükləri barədə məlumat vermişdir.Fəaliyyət göstərdikləri coğrafiyada müştərilərin gözləntilərini aşan ən gözəl məhsulu təklif edərək,inkişaf etmiş iş gücü və texniki infrastrukturu ilə yeni standartlar yaratmağa köklənmiş, sosial və ekoloji məsələlərdə məsuliyyətli,fərqliliklərə və düşüncəyə dəyər verməsi ilə tanınan nüfuzlu,etibarlı və ədalətli bir müəssisə olmağın hədəfləri olduğunu qeyd etmişdir.Federasiya rəhbərliyi qalibiyyətləri ilə əlaqədar olaraq müəssisəni qiymətli hədiyyələrlə təltif etmiş və işlərində uğurlar arzulamışdır.

   





Çap et  Çap et