Azərbaycan Kənd Təssərüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası Azərbaycan ordusuna dəstək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə etmişdir.
07.10.2020
27 sentyabr 2020-ci il 600-da Ermənistan ordusunun növbəti dəfə xaincəsinə ölkəmizə hücumu nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olmuş, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan vurulmuşdur. Azərbaycan ordusu ölkənin ərazi bütovlüyünü bərpa etmək, mülki əhalinin təhlükəsizliyini müdafiə etmək məqsədi ilə əks-hücum əməliyyatlarına başlamışdır.
Ölkə ictimaiyyəti, o cümlədən həmkarlar ittifaqları Ali Baş Komandan, respublika Prezidenti İlham Əliyevın ətrafında sıx birləşərək onun apardığı siyasəti ürəkdən bəyənir və dəstəkləyirlər.
Bu günlərdə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar və qeyri-hökumət təşkilatları orduya dəstək məqsədilə müxtəlif vasitələrlə yardımlar edirlər.
Bununla əlaqədar olaraq “Kənd-Qida-İş” Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin 1 oktyabr tarixli qərarı ilə büdcə qənaəti vəsaitləri hesabına bilavasitə Federasiya tərəfindən birbaşa Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 10000.00 manat vəsait ianə edilmişdir.
Bundan başqa Azərbaycan ordusuna dəstək məqsədilə Federasiyanın işçiləri könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 13200.00 manat vəsait ianə etmişdilər.