Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkərlar İttifaqı Federasiyası

Xəbərlər

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının BƏYANATI

06.10.2020

2020 – ci il sentyabrın 27-də sübh tezdən Ermənistan Silahlı qüvvələri növbəti təxribata əl atmışlar. Azərbaycanın cəbhə boyu ərazisində yerləşən yaşayış məntəqələrin, eyni zamanda, hərbi mövqelərin intensiv atəşə tutmuşlar. Düşmən atəşi nəticəsində mülki əhali və hərbiçilərin arasında itkilər, yaralananlar var, 439-dan çox evlərə və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Son məlumatlara görə kənd və şəhər mülki əhalisi arasında 27 nəfər o cümlədən üç azyaşlı uşaq həlak olmuş, 141 nəfər ciddi bədən xəsarəti  almış və qospitallara yerləşdirilmişlər.

         Ermənistan  Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsini və  ətraf 7 rayonu, ölkə ərazisinin 20 faizini,    27 ildir ki, işğal altında saxlayır. İşğal nəticəsində bir milyon insan daimi yaşayış yerlərindən qovulmuşlar.

         Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993 cü il tarixli 822, 853, 874, və 884 saylı  Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin Ermənistan tərəfindən icra olunmaması beynəlxalq hümanitar hüququn kobud şəkildə pozulması deməkdir.

         Münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu çərçivəsində uzun illərdən bəri aparılmış danışıqlar heç bir səmərə verməyib.

          Ermənistan höküməti status-kvonu saxlamaq məqsədi ilə dəfələrlə suni maneələr gətirməklə danışıqlar prosesini pozmuşdur.

           Beynəlxalq qurumların Ermənistana qarşı, zəbt edilmiş ərazilərin boşaldılması tələbinə baxmayaraq Ermənistan hökümətinin rəsmi nümayəndələri öz bədxah niyyətlərini davam etdirir, yeni torpaqların işğal olunması ilə hədələyirlər.       

           Ermənistan höküməti Cenevre Konvensiyası ilə təsbit edilmiş beynəlxalq hüquq normalarını  kobud şəkildə pozaraq Azərbaycanın zəbt olunmuş torpaqlarında  xarici dövlətlərin, münaqişə zonalarından dəvət olunmuş  vətəndaşların yerləşdirilməsi siyasəti aparır.                                                              

        Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünü və daimi yaşayış yerlərini məcburən tərk etmiş bir milyon əhalinin hüquqlarını bərpa etmək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların qətnamələrinin icrasını təmin etmək məqsədi ilə ölkə sərhədlərinin hüdudunda işğalçı qüvvələrin Azərbaycan torpaqlarından xaric edilməsi əməliyyatlarina başlamışdır.

         Azərbaycan dövlətinin heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur.

         Aparılan əməliyyatlar Azərbaycan torpaqlarında aparılır, ancaq və ancaq təcavüzkar erməni hərbi birləşmələrini Azərbaycanın əzəli torpaqlarından, işğal olunmuş ərazilərindən xaric edilməsi məqsədi daşıyır.

        Aparılan əməliyyatlar erməni xalqına qarşı deyil, işğalçi erməni hərbi birləşmələrinə qarşı yönəldilmişdir.

         Münaqişənin tezliklə həllini tapması üçün, işğala  son qoyulmalı, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz tərk etməlidirlər.

          Azərbaycan Silahlı Qüvvələrinin ölkə ərazisinin və əhalisinin müdafiəsinə yönəlmiş əməliyyatları beynəlxalq hüquq normalarına və ədalətə əsaslanır.

          BMT tərəfindən tanınan sərhədlərin zor tətbiq etməklə dəyişdirilməsinə, təcavüzə, işğala, etnik təmizləmələrə, işğal altında  olan ərazilərin qeyri-qanuni məskunlaşmasına yer ola bilməz və olmamalıdır.

         Azərbaycanın öz ərazilərini və əhalisini müdafiə etmək hüququ vardır!





Çap et  Çap et